Milli Məclisdə 35 məsələyə baxılacaq

24 Oktyabr 2017 12:10 (UTC+04:00)

Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib.

Movqe.az xəbər verir ki, parlamentin növbəti iclasının gündəliyinə 35 məsələ daxil edilib.

Gündəlikdə bir sıra qanunlara və sənədlərə dəyişiklər nəzərdə tutulur. 

“ Diplomatik xidmət haqqında” qanuna, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna , “Dövlət qulluğu haqqında” qanuna, “Əmək pensiyaları haqqında” qanuna, “Heyvanlar aləmi haqqında” qanuna, “Müdafiə haqqında” qanuna, “Muzeylər haqqında” qanuna, “Rəsmi statistika haqqında” qanuna ,“Avtomobil nəqliyyatı haqqında” qanuna, “Sanitariya və epidemoliji sağlamlıq haqqında” qanuna, “Sərhəd qoşunları haqqında” qanuna, “Təhsil haqqında” qanuna, “Xüsusi mühafizə olunan təbiət ərzailəri və obyektləri haqqında” qanuna, “Yanğın təhlükəsizliyi haqqında” qanuna, “Yaşayış minimumu haqqında” qanuna, "Yaşıllıqların mühafizəsi haqqında" qanuna, “Çayçılıq haqqında” qanuna, “Nəqliyyat haqqında” qanuna, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna, “Hesablama Palatası haqqında” qanuna, “Yol hərəkəti haqqında” qanuna dəyişiklik nəzərdə tutulub. 

Həmçinin Mülki Məcəlləyə, Əmək Məcəlləsinə, Miqrasiya Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik ediləcək.