"Digər uşaqlarla bağlı İraq hökuməti Azərbaycanla iş aparır"

24 Oktyabr 2017 16:59 (UTC+04:00)

Movqe.az APA-ya istinadən xəbər verir ki, bunu İraqın Azərbaycandakı müvəqqəti işlər vəkili Fadil Avad Əl Şuveyli deyib. O, azyaşlının Azərbaycan hakimiyyət orqanlarına təhvil verildiyini qeyd edib: "Digərləri ilə bağlı məsələ isə təhlükəsizlik məsələsidir və heç nə deyə bilmərəm. İraq hökuməti bu sahədə Azərbaycanla iş aparır". 
 
Qeyd edək ki, Bağdad sığınacağına yerləşdirilmiş 2 yaşlı Xədicə və 4 yaşlı Abdulla Suriyada İŞİD-in işğalından azad edilən ərazilərdə tapılıb. Onlar ata-analarının öldüyünü bildiriblər. Rus mətbuatında uşaqları İŞİD-in nəzarətindəki ərazilərə valideynlərinin aparıldığı yazılıb. Həmin ərazilər terrorçulardan təmizləndikdən sonra isə sahibsiz qalmış uşaqlar təhlükəsizlik qüvvələri tərəfindən İraqa aparılıb. Uşaqlar özləri haqda tam məlumat verə bilməsə də, təqdim olunan videomaterialda Abdulla valideynlərinin öldüyünü deyir.
 
Bir müddət əvvəl Abdulla Azərbaycana gətirilərək, babasına təhvil verilib.