ABŞ-ın Texas ştatında yaşayan 17 yaşlı Sara Treysi sosial şəbəkələrin yeni fenomeninə çevrilib.
Movqe.az bildirir ki, onun Twitter-dəki profilində paylaşdığı Tvitlər-dən birini artıq 9500-dən artıq insan bəyənib, yüz minlərlə şəxs isə Facebook və İnstagram-da paylaşıb.
"Əsl sehrbazam!" ("I am a miracle worker) yazısı ilə Sara iki foto paylaşıb.
Fotolardan birində onun "Convers" kedinin bir tayı, digərində isə artıq təmizlənmiş kedlər var.
Saranın yazdığına görə, çirkli "Convers"lərini sota və yuyucu tozun 1:1,5 nisbətində qarışığı ilə yuyub, sonra diş fırçası ilə təmizləyib, sonda da paltaryuyan maşında yuyub.
milli.az