Normal həyata qayıtdı

26 Aprel 2012 14:26 (UTC+04:00)
Mövqe.az xəbər verir ki, Kürəyini örtən nəhəng qabıq səbəbindən "tısbağa" ləqəbini alan uşaq müvəffəqiyyətli bir müalicəylə sağlamlığına qovuşub.
6 yaşında olan Kolumbiyalı Didier Montalvoun nadir rast gəlinən "Nəhəng konjenital melanositik nevüs" adlı xəstəliyi normal bir uşaqlıq keçirməsinə maneə törədirdi.
Montalvonun xəstəliyinin xərçəngə çevrilmə ehtimalını bilən ailə müalicə pulunu tapa bilməyib. Didierin sağlamlıq vəziyyətini "şeytanın toxunması" kimi batil inanclarla şərh edən kəndlilər onun ailəsi ilə əlaqələrini kəsib.
İngilis Cərrahı Neil Bulstrode talehsiz ailənin hekayəsini eşitdikdən sonra Kolombiyaya gedərək uşağın müalicəsini öhdəsinə götürüb.
Didier Montalvo bu sayədə normal bir həyata qovuşa biləcək.

Əfqanə Məzahirqızı