"Gələn il üçün proqnozu yerinə yetirə biləcəyik"

25 Oktyabr 2017 12:21 (UTC+04:00)

Movqe.az xəbər verir ki, bunu jurnalistlərə DGK-nin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, gələn il üçün gömrük daxilolmaları üzrə proqnoz 2,43 milyard manat təşkil edir:

"Bu, 2017-ci il üçün gömrük daxilolmaları üzrə proqnozdan 180 milyon manat çoxdur. Əgər bu günədək biz dövlət büdcəsinə 2,13 milyard manat keçirdiyimizi nəzərə alsaq, fikrimcə, gələn il üçün proqnozu yerinə yetirə biləcəyik".