Qazaxıstan prezidenti Nursultan Nazarbayev oktyabrın 30-da Azərbaycana səfərə gələcək. Bu barədə Qazaxıstan prezidentinin rəsmi saytı məlumat verib. Səfər çərçivəsində Qazaxıstan prezidentinin Bakı-Tbilisi-Qars dəmiryolunun rəsmi açılış mərasimində iştirak edəcəyi gözlənilir.