Azərbaycan gələn il avtomobil benzini istehsalını artıracaq

26 Oktyabr 2017 19:28 (UTC+04:00)

Gələn il Azərbaycanda 1 337,3 min ton avtomobil benzini istehsal olunacağı proqnozlaşdırılır.

“Movqe” bu barədə İqtisadiyyat Nazirliyinin 2018-ci il və sonrakı 3 il üzrə hazırladığı iqtisadi proqnozlara istinadən xəbər verir.
Bu həcm 2017-ci ilin sonuna olan analoji proqnozdan 4,9% çoxdur.
Qeyd edək ki, bu ilin sonuna ölkədə istehsal olunan avtomobil benzinin 1,275 mln. ton olacağı gözlənilir.
2019-cu ildə isə ölkədə 1 140,1 min ton, 2020-ci ildə 1 128,3 min ton, 2021-ci ildə 1 378,1 min ton avtomobil benzini istehsalı proqnozlaşdırılır.
Dizel yanacağının istehsalına gəlincə isə gələn il 2 075,2 min ton, 2019-cu ildə 1 793,8 min ton, 2020-ci ildə 1 776,3 min ton, 2021-ci ildə 2 114,6 min ton istehsal proqnozlaşdırılır. Bu ilin sonuna isə dizel yanacağı istehsalının 2 100,2 min ton olacağı gözlənilir.
Ümumilikdə, 2018-ci ildə Azərbaycanda 5 374,8 min ton, bu il isə 5 441,2 min ton həcmində neft məhsulları istehsalı proqnozlaşdırılır. Bununla yanaşı, bildirilir ki, 2019-cu ildə ölkədə 4 667,8 min ton, 2020-ci ildə 4 629,9 min ton, 2021-ci ildə isə 5 497,2 min ton neft məhsullarının istehsal olunacağı gözlənilir.