Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında nümayəndəlik institutunun fəaliyyətini məhdudlaşdıran "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki Prosessual və İnzibati Prosessual məcəllələrinə dəyişiklik layihəsi müzakirə olunub.
Movqe.az report-a istinadən xəbər verir ki, komitə üzvləri və hüquqşünaslardan ibarət işçi qaydada baş tutan iclas mətbuata qapalı keçirilib.
İclasın sonunda layihənin Milli Məclisin oktyabrın 31-də keçiriləcək plenar iclasına tövsiyə olunması barədə qərar qəbul edilib.
Dəyişiklik layihəsi plenar iclasda da qəbul olunarsa, qanun dekabrın 1-də qüvvəyə minəcək.