Naməlum şəxslər stadionda futbolçulara atəş açıblar

30 Oktyabr 2017 09:36 (UTC+04:00)

Meksikanın Herrero ştatında naməlum şəxslər stadionda futbolçulara atəş açıblar.

Movqe.az-ın verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb. Onlardan 2-si həlak olub, 1-nin vəziyyəti isə çox ağır qiymətləndirilir.

Məlumata əsasən, atəş açan şəxslərin axtarışları aparılır.