Qarsın bələdiyyə sədri “Bakı-Tbilisi-Qars”dan DANIŞDI: “Sevincimizin həddi yoxdur”

30 Oktyabr 2017 17:13 (UTC+04:00)

“Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı tarixi hadisədir. İnanıram ki, həmin gün Türk tarixinə qızıl hərflərlə düşəcək.Bu sözləri Qars Şəhər Bələdiyyəsinin sədri Murtaza Qaraçanta Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılışı ilə bağlı təəssüratlarını diaspor fəalı Elnur Eltürklə bölüşərkən bildirib. O deyib:
“Sevindirici hal odur ki, 10 ildir gözlədiyimiz an gəlib çatdı. Bu xətt Mərkəzi Asiya türk dövlətləri ilə Azərbaycan,Türkiyə arasında siyasi-iqtisadi əlaqələrin güclənməsinə daha da təkan verəcək. Həmçinin, Türk dünyasının birliyinə geniş imkanlar açacaq. Gələcək nəsillər bundan daha çox faydalanacaqlar. Xətt Asiya-Avropa arasında körpü rolunu oynacaq. Bu gün tarixi günü yaşadığımız üçün çox şadam. Sevincimizin həddi-hüdudu yoxdur. Türk milləti adına xeyirli-uğurlu olsun deyirəm”