Vaxtilə Milli Məclisin deputatı Gülər Əhmədovanın köməkçisi olmuş gənc yazar Əhməd Şahidov cəsur jestə imza atıb.
8 Mart 2013 19:01 (UTC+04:00)
O, Facebook səhifəsinki statuslarından birini Gülər Əhmədovaya həsr
edib.
"Mən bu gün xüsusilə bir xanımı təbrik etmək istəyirəm. O insan
mənim Milli Məclisdə iş yoldaşım, elmi fəaliyyətimdə həmkarım və
nəhayət yaxın bir dostum olub. Gülər xanımla bir çox elmi
konfranslarda iştirak etmişik, yol yoldaşı olmuşuq. Deyirlər,
insanı yolda tanımaq olur. Mən Gülər xanımı tanıdım və qürur duydum
onun kişi xasiyyəti ilə. Təbrikim zaman və məkan etibarilə bir
qədər qəribə görünə bilər. Amma biz dostlarımızı heç zaman
unutmuruq, unutdurmuruq! Kim olursa olsun, nə edirsə etsin,
dostdursa, dost olaraq da qalacaq! Gülər xanım, Sizi təbrik edirəm,
Sizə ilk növbədə can sağlığıı və möhkəm səbr arzulayıram! Möhkəm
olun!", - Əhməd Şahidov yazıb.