Ermənilər atəşkəsi pozublar

11 Mart 2013 10:14 (UTC+04:00)


Erməni silahlı bölmələri dünən Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında və Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutublar. 


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.