Madrid "Real"ının ulduz futbolçusu Kriştiano Ronaldo dördüncü dəfə ata olub.
Movqe.az goal.az-a istinadən xəbər verir ki, yeni doğulan qıza Alana Martina adı verilib. Alananın anası Ronaldonun sevgilisi Corcina Rodrigesdir.
Qeyd edək ki, Kriştianu Ronaldunun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kriştianunun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda doğulublar.