Pentaqon: ABŞ taliblərlə danışıqlar aparmır

11 Mart 2013 11:27 (UTC+04:00)

İTAR-TASS-ın verdiyi xəbərə görə, Pentaqonun rəhbəri Çak Hagel Əfqanıstan prezidenti Həmid Kərzayinin ABŞ-ın taliblərlə danışıqlar aparması haqqındakı məlumatını təkzib edib.

Məlum olduğu kimi, Hagel sülh bağlamaq təşəbbüsünün Əfqanıstan hökumət orqanları tərəfindən gəlməli olduğunu bildirib.


Qeyd edək ki, ABŞ-ın "Taliban"hərəkatı ilə danışıqları bərpa etməsi haqqında məlumat bu günlərdə ortaya çıxıb. Kərzayi Kabildə Hagel ilə görüşündən qısa bir müddət əvvəl bildirib ki, ölkələr arasında olan məsləhətləşmələr gündəlik olaraq həyata keçirilir. 


Hərəkatın nümayəndələri də, öz növbəsində, verilən məlumatı təkzib ediblər. Xatırladaq ki, ABŞ-ın "Taliban" hərəkatı ilə danışıqlar aparması haqqında məlumat 2011-ci ilin iyununda da meydana çıxmışdı.