Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərə başladı

11 Mart 2013 12:18 (UTC+04:00)


Reuters-in verdiyi məlumata görə,  Koreya Respublikası və ABŞ  Şimalın hərbi təhdidləri və KXDR-də üçüncü nüvə sınağı səbəbindən vəziyyətin kəskin surətdə pisləşməsi fonunda illik "Ki rizolv" təlimlərinə başlayır.


Məlum olduğu kimi, 1950-1953-cü illər Koreya müharibəsinə son qoyan sülh müqaviləsi bazar ertəsindən öz qüvvəsini itirib.


Qeyd edək ki, ongünlük təlimlərdə 10 min cənubi koreyalı və 3500 amerikalı hərbçi iştirak edəcək. Təlimlərə başlamasına cavab olaraq KXDR Cənubi Koreya ilə əlaqə xətlərini kəsib.


"Biz saat 9:00-da zəng etdik, amma cavab ala bilmədik"- Cənubi Koreya nümayəndəsi bildirib.

Öncədən bildirilib ki, əgər ABŞ və Cənubi Koreya təlimləri dayandırmasa, KXDR 11 mart tarixindən əlaqələri kəsmək niyyətində olacaq.