Folklend adaları ingilislərdə qalacaq

12 Mart 2013 12:31 (UTC+04:00)

"Frans Press"in səsvermənin rəsmi nəticələrinə istinadən verdiyi məlumata görə, Folklend adalarının əhalisinin böyük hissəsi referendumda  adaların Britaniya ərazisi kimi saxlanması üçün səs veriblər. 

Agentlikdən alınan xəbərə görə, adaların  Birləşmiş Krallığın ərazisi xaricində mövcud siyasi vəziyyətin saxlanması barəsindəki suala səsverənlərin 98,8 faizi müsbət cavab veriblər. Qeyd edək ki, seçici aktivliyi təxminən 92 faiz təşkil edib.

 

Bir müddət əvvəl bildirilirdi ki, Folklend adaları 10-11 mart referendumunu bu ərazilərin siyasi statusu barəsində Britaniya və Argentina arasında davam edən münaqişəyə görə  keçirir. Britaniya ərazisi olan bu adalar öz seçimləri ilə Londona müstəmləkə kimi tabe olmur və tam özünüidarə hüquqları var (müdafıə məsələləri və beynəlxalq siyasət istisna olmaqla). 

Referendumla isə, Argentinanın iddialarına son qoymaq nəzərdə tutulmuşdu.