Hazırda növbəti klipin çəkilişlərinə başı qarışan müğənni Kəmalə Qaramollayeva Movqe.Az-a verdiyi açıqlamada yeni fotosessiyasında müxtəlif obrazlarda göründüyünü bildirdi. Sadə görünüşdə olan müğənni seçimini bu cür əsaslandırdı:
"Bəzən fotosessiya edənlər elə düşünürlər ki, insan mütləq qeyri adi görünüşdə olmalıdır. Özünü haldan-hala salmalıdır. Əslində buna etirazım yoxdur, lakin bunu vacib şərtdə hesab etmirəm. Şəxsən mən budəfə ki çəkimlərdə olduğum kimiyəm. Əlbəttə müəyyən dəyişikliklər var. Lakin bəzilərindən fərqli olaraq emoqızlar kimi gözlərimi qaraldaraq saçlarımdada sankifen "partlayıb" obrazını yaratmamışam. Yeni "Vayaman" mahnısına uyğun olaraq şıltaq qız obrazındayam. Baxmayaraqki, bu, mənim xasiyyətimə ziddir".
"Vay aman" klipindən söz açan sənətçi yaxın günlərdə kamera qarşısına keçəcəyini bildirdi. Onuns özlərinə görə, ssenarisi bəlli olan klipdə mahnının müəllifi həmkarı RəhimRəhimlidə yaxından iştirak edəcək. Müğənniyə dəstək olaraq ekran işinin hazırlanmasında bəzi ideyalar verəcək: "Rəhimin klipdə çəkilib-çəkilməyəcəyi hələlik bəlli deyil".
Bildirək ki, Kəmalənin növbəti klipinin çəkilişlərinin
yaxtada reallaşacağı planlaşdırılır. Lakin bu fərqli vəAzərbaycanda
rast gəlinməmiş yaxta olmalıdır. Bu səbəbdən də klipin xaricdə,
komfortlu və arzu olunan, geniş yaxtanın ola biləcəyi bir ölkədə
çəkilməsi düşünülüb.
"Çəkilişi indidə başlaya bilərdik. Amma bizə isti yay havası
lazımdır. 3-4 geyimdə - müasir, yayın əhvalına uyğun geyimlərdə
çəkiləcəm", - deyən Kəmalə Qaramollayeva sıradan bir kliplə ekranda
görünməyəcəyini xatırlatdı.
Türkan Nadirqızı
Movqe.Az