İndidən futbol azarkeşidir

12 Mart 2013 15:27 (UTC+04:00)

Bekhem ailəsinin ən kiçik üzvü 19 aylıq Harper, atasının matçında olduqca həyəcan keçirib. Movqe.Az-ın xəbərinə görə,  İngilis futbolçu Devid Bekhemin bütün ailə üzvləri məşhur oyunçunun son maçını izləyiblər. Paris St Germain və Nancy qarşılaşmasını tribunalardan izləyən ailə üzvləri arasında hələ 19 aylıq olan Harper Bekhem da olub. İngilis qəzetlərindən "The Daily Mail" saytında yer alan xəbərə görə Harper, hələ çox kiçik olmasına baxmayaraq matç əsnasında olduqca həyəcanlı olub. Həyəcanı üzündən oxunan kiçik qız olduqca şirin görünüb. Ailənin digər üzvləri, 14 yaşındakı Broklin, 10 yaşındakı Romeo, və 8 yaşındakı Kruz da matçı maraqla izləyiblər. Viktoria Bekhema həyat yoldaşı David Bekhemin ana və atasından əlavə yaxın dostlarından Deyv Qardiner də yoldaşlıq edib.