Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25 illiyi qeyd olunur.
Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bu münasibətlə partiyanın rəhbərliyi və üzvləri Fəxri xiyabana gələrək YAP-ın qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.