"Galaxy S4"ün şəkilləri sızıb

12 Mart 2013 18:35 (UTC+04:00)

Samsungun "Galaxy S" ardıcıllığına aid ən yeni telefonu maraqla gözlənilir. Movqe.Az-ın məlumatına görə, Samsung, "Galaxy S" ardıcıllığına aid ən yeni telefonunu martın 14-ü texnologiya dünyasına təqdim edəcək. Çindəki bir texnologiya forumu, təqdimatdan üç gün əvvəl "Galasy S4"-ə aid olduğunu irəli sürdüyü fotoşəkilləri nümayiş edib. "Galaxy S4", demək olar ki, hər müasir standartlara cavab verən telefon kimi təqdimat günündən əvvəl sızdırılma qurbanı olub. Çinin "52 Samsung" adlı texnologiya saytı, dizaynı S3-ə çox bənzəyən bir cihaza aid fotoşəkillər nümayiş edib. 12,7 sm (5 düym) ekran genişliyindəki, S4 olduğu iddia edilən telefon, köhnə modellerdeki kimi bir düyməyə sahibdir. Arxa paneldə isə bir çox istehlakçının gözləmədiyi qədər böyük bir kamera görünür.