Tiflisdə Türkiyə əleyhinə aksiya keçirilib

13 Mart 2013 11:03 (UTC+04:00)

Gürcüstanın paytaxtı Tiflisdə Hökumət Binası önündə bir qrup  millətçi və "Milli Cəbhə" ictimai birliyinin üzvləri "Türkiyənin iqtisadi və dini genişlənməsinə yox deyirik" şüarı ilə aksiya keçiriblər. 


Aksiya iştirakçıları Gürcüstanın cənub-qərbində yerləşən Acariya Muxtar Respublikasının inzibati mərkəzi Batumda türklərin yeni məscid tikməsinə qarşı şüarlar səsləndiriblər. Millətçilər türk vətəndaşlarının Gürcüstanda toplu halda məskunlaşmasına da qarşı çıxdıqlarını bəyan ediblər.


Yevgeni Mikeladze adlı etirazçı Gürcüstan hökumətinin hər hansı bir ölkə ilə dini tikililərin inşasına dair heç bir əməkdaşlıq etməməli olduğunu bildirib. Qeqa Kxvedelidze adlı başqa bir nümayişçi isə onsuz da çoxlu məscidlərin olduğu Gürcüstanda yeni bir məscidin inşasına ehtiyac yoxdur və bu, Türkiyənin Gürcüstandakı maraqlarına xidmət edir.