ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatına Qarabağla bağlı bənd salındı

13 Mart 2013 13:34 (UTC+04:00)

İrəvan və Bakı arasında Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı nəticəsində yaranan qarşıdurma regionda potensial gərginlik mənbəyi olaraq qalır. 


Trend-in məlumatına görə, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin rəhbəri Ceyms Klepperin ABŞ təhlükəsizliyinə təhdidlər barəsində Konqresə təqdim etdiyi hesabda qeyd olunub.


"Kəskin ritorika, tərəflər arasında inamsızlıq və qoşunların təmas xətti boyu baş verən zorakılıqlar vəziyyəti qəfildən çətinləşdirə biləcək riskləri artırır",- deyə hesabatda qeyd olunub.