Ölümcül selfi - QUMBARA ƏLİNDƏ PARTLADI

14 May 2018 13:43 (UTC+04:00)

Rusiyanın Krasnodar diyarının Labinsk şəhərində yerli sakin əl qumbarasının partlaması nəticəsində ölüb.

Movqe.az-ın lent.az-a istinadən verdiyi xəbərə görə, regionun hüquq-mühafizə orqanları bildiriblər ki, ölən gənc hadisədən əvvəl sosial şəbəkədə öz selfi fotolarını yerləşdirib. Fotoların birində o, “limonka”nın alışdırıcısını çıxardığını nümayiş etdirib.

"Belə görünür ki, o, alışdırıcını təkrar yerinə daxil edə bilməyib. Partlayış onu parça-parça edib”, - deyə mənbə bildirib.

Faktla bağlı təhqiqat aparılır.