Böyrəklərdəki iltihabı müalicə edən 5 resept

9 Dekabr 2017 12:00 (UTC+04:00)

Müxtəlif səbəblərdən böyrəklərdə əmələ gələn iltihabı proseslər əksər hallarda xroniki olur. Bu ciddi xəstəlik olaraq böyrəklərin funksiyasının pozulmalarına səbəb olur. Böyrəklərdə olan iltihabi proseslər bel hissədə küt ağrılara müşayiət olunur və orqanizmdə problemlərə səbəb ola bilir. Böyrəklərin iltihabı pielonefrit və pionefroza səbəb ola bilir. Böyrəklərin iltihabı xəstəlikləri ürəkbulanmaya,tempraturun yüksəlməsinə, baş ağrılarına,titrətməyə səbəb olur. Bu xəstələrdə diskomforta səbəb olur.Belə ki,böyrəklərində iltihabı proses olan adamlarda sidiyə çıxma zamanı ağrı,göynəmə və s. xoşagəlməz əlamətlər müşahidə edilir. Böyrəklərdə iltihabı prosesin olmasını isə sidiyin analizi və həkimin müayinəsi təsdiq edir.
Movqe.az immunitet.az-a istinadən bildirir ki, böyəklərin iltihabi xəstəliklərinin əmələ gəlməsində infeksiyalarla yanaşı orqanizmin soyuqlaması,immunitetin aşağı düşməsi də mühüm rol oynayır.
Sizlərə böyrəklərdəki iltihabı təbii vasitələrlə aradan qaldıran bir-neçə resept təqdim edirik.

Resept №1

Qarğıdalı saçağı dəmləməsi böyrəklərdən duzların xaric olunmasına,iltihabi prosesin aradan qalxmasına və təzyiqin aşağı düşməsinə səbəb olur. Bunun üçün 1 xörək qaşığı qarğıdalı saçağının üzərinə 1 stəkan qaynar su tökülür və 20 dəqiqə dəmlənir. Dəmləmə hazır olduqdan sonra süzülür 3 saatdan bir 2 xörək qaşığı içilir.

Resept №2

Ayıqulağı dəmləməsi sidikqovucu,antiseptik və iltihab əleyhinə təsirə malikdir. Dəmləməsini hazırlamaq üçün 1 xörək qaşığı ayıqulağı bitkisini 1 stəkan qaynar suda yarım saat dəmləmək lazımdır. Dəmləmə su hamamında hazırlanır gündə 3 dəfə içilir. Müalicə kursu 250 qram ayıqulağının quru bitkisi içilib qurtarana kimi davam edir.

Resept №3

Böyrəklərin iltihabi prosesi sistit əlamətləri ilə müşayiət edilir. Bu əlamətlərin aradan qalxmasına itburnu dəmləməsi çox faydalıdır.

 

Resept №4

Pielonefrit əlamətlərinin aradan qalxması üçün 5 hissə kətan toxumu,2 hissə palıd qabığı, 2 hissə giсirtkən yarpağı götürülür .Bitki yarpaqları xırdalanır,komponentlər yaxşı qarışdırılır. Qarışımdan 1 xörək qaşığı götürülür və üzərinə 12 stəkan qaynar su əlavə edilib 2 saat isti və qaranlıq yerdə dəmlənir. Dəmləmədən gündə 2 stəkan qəbul edilir.Müalicə kursu tam bir ay aparılır.

Resept №5

İtburnunun özü və kökü,aslanquyruğu, dəvədabanı,üçrəng bənövşə və zveraboy eyni miqdarda götürülür və xırdalanıb qarışdırılır. Qarışımdan 1 xörək qaşığının üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənir və hər dəfə yarım stəkan olmaqla 8 dəfə qəbul edilir.