Türkiyəli general: Azərbaycan və Türkiyənin silahlı qüvvələri arasında əməkdaşlıq gücləndirilir
13 Mart 2013 16:28 (UTC+04:00)
Azərbaycan və Türkiyənin silahlı qüvvələri arasında əməkdaşlıq
gücləndirilir. Bunu çərşənbə günü Bakıda Trend-ə Türkiyə
Cümhuriyyətinin Baş Qərargahının idarə rəisi, general-polkovnik
(korgeneralı) Musa Avsever deyib.
Avsever bildirib ki, Azərbaycan bölgənin ən güclü dövlətlərindən
biridir.
Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin
generallarının Müdafiə Nazirliyində və digər rəsmilərlə görüş
keçirəcəyini deyən Avsever bildirib ki, görüşlərdə məqsəd iki
ökənin silahlı qüvvələrinin əməkdaşlığını gücləndirməkdir.
Qeyd edək ki, Azərbaycanda səfərdə olan Türkiyə nümayəndə heyətində
quru qoşunları, hərbi hava, hərbi dəniz qüvvələri, Silahlı
Qüvvələrin Baş Qərargahının və digər qoşun növlərinin 21 zabiti və
9 generalı var.