Ermənistanda uşağını yedizdirməyə pulu olmayan qadına iş kəsilib

1 Dekabr 2017 10:29 (UTC+04:00)

Ermənistanın Ararat vilayətinin sakini az qazanan ərinə ağır bədən xəsarəti yetirdiyi üçün 3 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, 29 yaşlı Marina adlı qadın ötən il dekabrın 3-də uşağını yedizdirmək üçün pulu olmadığına görə əri ilə mübahisə edib.
Bu mübahisə gənc qadının ərini bıçaqlaması ilə nəticələnir. Marina təqsirini etraf etdiyindən məhkəmə onun cəzası bir il icbari cəza ilə əvəz edib.