İlin əvvəlindən manat dollara nisbətən 4% bahalaşıb

1 Dekabr 2017 10:38 (UTC+04:00)

2017-ci ilin yanvar-noyabr ayları ərzində manat dollara nisbətən 3,99% möhkəmlənib.

 
"Movqe" xəbər verir ki, cari ilin ilk iş günündə 1,7707 manat olan 1 dollar bu gün 1,7001 manat səviyyəsindədir.
 
Noyabr ayında isə dollar manata nisbətən 0,01% zəifləyib. Noyabrın 1-nə USD/AZN rəsmi məzənnəsi 1,7003 olub.