Nazir: "Bakıdakı bütün keçidlərdə əlilliyi olan şəxslər üçün panduslar qoyulacaq"

1 Dekabr 2017 11:48 (UTC+04:00)

"Bakı şəhərinin mərkəzində olan bütün keçidlərdə əlilliyi olan şəxslər üçün panduslar qoyulacaq".
Movqe.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "BMT-nin Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiyanın icrası ilə bağlı Azərbaycanın öhdəlikləri: nailiyyətlər, problemlər və perspektivlər" mövzusunda konfransda deyib.
O bildirib ki, pandusları Bakı Nəqliyyat Agentliyi quraşdıracaq: "Şəhərdə 421 ədəd Avropa standartlarına uyğun panduslar qoyulması təmin olunacaq".