Bakıda dəm qazı faciəsi: ölən var

1 Dekabr 2017 11:59 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Movqe.az xəbər verir ki, Binəqədi qəsəbəsi 3-cü mədən yaşayış massivində yerləşən həyət evində 1969-cu il təvəllüdlü Əliyev Şahin Bağır oğlu dəm qazından boğulub. Onun meyitini yaxınları aşkarlayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.