Azərbaycanda 17 yaşlı gənci analığı döyərək öldürüb

1 Dekabr 2017 12:19 (UTC+04:00)

Azərbaycanda keçən ay ölmüş 17 yaşlı gəncin analığı tərəfindən döyüldüyü məlum olub. Movqe.az-ın  “Report”a istinadən xəbərinə görə, hadisə Qusar rayonunun Hil kəndində qeydə alınıb. Məlumata görə, Hil kəndində bu ilin oktyabr ayında 2000-ci il təvəllüdlü Daşdəmirov Nəsrəddin Radik oğlunun ölümü ilə bağlı rayon prokurorluğunda aparılan araşdırmalar zamanı onun ölümündən əvvəl analığı Rəna tərəfindən döyüldüyü və bu səbəbdən aldığı xəsarətlərdən Qusar Rayon Mərkəzi xəstəxanasında öldüyü müəyyən olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.