Ebru Gündeş Rza Zərrabı satdı: "Türkiyəyə zərər verəcək"

1 Dekabr 2017 13:39 (UTC+04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 53 millət vəkili ilə Ədalət və İnkişaf partiyasının əsas binasındakı görüşü zamanı Rza Zərrab məsələsi gündəmə gətirilib.

Movqe.az Türkiyə qəzetində yayılan məlumata istinadla bildirilir ki, konfransda Ebru Gündeşin rəhbərliyə Rza Zərrabla bağlı məktub yazdığı məlum olub.

Toplantıda edilən müzakirəyə görə, Ebru Gündeşin rəhbərliyə məktubunda Rzanın Türkiyəyə zərər vermə ehtimalının olduğu qeyd olunub.

"Ərimin Amerikaya gedişi normal hal deyil. Türkiyəyə zərər verə bilər".

 

Ərdoğan isə açıqlamasında deyib: "Nəticə nə olursa olsun, biz doğru olanı etmişik".

O, Ebru Gündeşin sözlərinə cavab olaraq "Dəstəmazımdan şübhəm yoxdur ki, namazımdan şübhəm olsun", - söyləyib.

milli.az