Antibiotik terroru
13 Mart 2013 17:35 (UTC+04:00)
İngiltərə Səhiyyə Nazirliyi baş müşaviri Prof. Dr. Salli Devies,
antibiotiklərə qarşı mübarizənin "terror qədər böyük bir təhdid
meydana gətirdiyini" söyləyib. Movqe.Az-ın
məlumatına görə, Devies, infeksiya xəstəlikləri ilə bağlı dərc
olunan illik hesabatında, antibiotiklərlə mübarizə problemini
"saatlı bombaya" bənzədərək, infeksiyala mübarizə etmə
qabiliyyətinin itirilməsi halında gələcək 20 il ərzində sadə
əməliyyatların belə ölümcül ola biləcəyi xəbərdarlığını edib.