Azərbaycan və İran XİN başçıları ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər - YENİLƏNİB

1 Dekabr 2017 16:11 (UTC+04:00)

Azərbaycan və İran xarici işlər nazirləri - Elmar Məmmədyarov ilə Məhəmməd Cavad Zərif ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Movqe.az xəbər verir ki, görüş zamanı nazirlər həmçinin nəqliyyat layihələrinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Eyni zamanda Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi məqsədilə Moskvada keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin qarşıdakı görüşü müzakirə olunub.

*** 15:10

Bakıda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş başlayıb.

Movqe.az  xəbər verir ki, XİN başçılarının ikitərəfli görüşü “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda 7-ci nazirlər konfransı çərçivəsində keçirilir.

Tərəflər Azərbaycan və İran arasında əməkdaşlığın inkişaf perspektivlərini, eləcə də ən aktual beynəlxalq və regional məsələləri müzakirə edəcəklər.