Bu quzu 8 ayaqlı, 3 gözlüdür

13 Mart 2013 16:48 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Qazaxıstanda 8 ayaqlı 3 gözlü quzu dünyaya gəlib. Quzunun sahibi Kuanduk Bekitayev qoyunun tək başına balasını dünyaya gətirə bilmədiyini ona kömək etdiyini söyləyib. Bekitayev, quzunun 8 ayaqlı 3 gözlü olduğunu gördükdə şok olduğunu deyib. 18 ildir heyvandarlıqla məşğul olan  Bekitayev, ikinci dəfə başına belə bir hadisənin gəldiyini söyləyib. Bekitayev, ötən il başqa bir qoyunun 3 ayaqlı balasının olduğunu, lakin quzunun yaşamadığını qeyd edib. Kuanduk Bekitayev, bu anormallıqların ölkənin şimalındakı kəndə bir neçə kilometr uzaqlıqdakı kimya zavodunun ətrafı çirkləndirməsiylə əlaqədar olduğunu vurğulayıb.