Ağır atletika üzrə Azərbaycan Kubokuna yekun vuruldu

3 Dekabr 2017 18:30 (UTC+04:00)

Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki Ağr Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb. Movqe.az goal.az-a istinadla xəbər verir ki, körpücük üzərinə son olaraq çəkisi 85, 94, 105 və +105 kq çəki dərəcələrində çıxış edən atletlər çıxıblar.

Öz çəkilərində qalib adlarını 85 kq çəki dərəcəsində toplam 280 kq (128+152) nəticə ilə Tarmenxan Babayev, 94 kq çəki dərəcəsində toplam 302 kq (136+166) nəticə ilə Emin Qocayev, 105 kq çəki dərəcəsində toplam 340 kq (150+190) nəticə ilə Rövşən Fətullayev və +105 kq çəki dərəcəsində toplam 326 kq (146+180) nəticə ilə Azər Məmmədli qazanıb.