Məşhur müğənni Türkiyəni tərk edir

4 Dekabr 2017 10:19 (UTC+04:00)

Dünya şöhrətli müğənni Tarkan Türkiyəni tərk edərək ailə qurduğu Pınar Diləklə birlikdə Almaniyada yaşayacaq.

Movqe.az-ın məlumatına görə, Almaniyaya köçmək üçün Tarkan Federativ Respublikanın konsulluğuna müraciət edib.

Müğənninin yaxın günlərdə Almaniyaya gedərək Köln şəhəri yaxınlığında 3 milyon türk lirəsinə aldığı villada yaşayacağı bildirilir.

Qeyd edək ki, Tarkanın həyat yoldaşı P.Dilək Almaniya vətəndaşıdır.

Trend