Elmar Məmmədyarov Rusiyaya səfər edib

4 Dekabr 2017 11:12 (UTC+04:00)

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyaya səfər edib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, E.Məmmədyarov 4-5 dekabr tarixlərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiyaya işgüzar səfərə yola düşüb.

Tədbir çərçivəsində nazirin çıxışı nəzərdə tutulub.