Sevgilisi üçün arvadından ayrılan Kutsi nişanlandı - FOTO

4 Dekabr 2017 11:35 (UTC+04:00)

Müğənni Kutsi aktrisa sevgilisi Feyza Çıpa ilə evlilik yolunda ilk addımı atıb.

Movqe.az axşam.az-a istinadən bildirir ki, sənətçi uğruna həyat yoldaşından boşandığı sevgilisi ilə nişanlanıb. Nişandan fotolar sosial şəbəkədə paylaşılıb. Feyzanın gəlinliyi xatırladan nişan libasında olması diqqətdən qaçmayıb. Cütlüyün xoş günündə yanlarında ailə üzvləri olub.

Xatırladaq ki, Kutsi ilə Feyza 4 il sevgili olub. Müğənni Çıpaya görə 7 illik həyat yoldaşı, 2 qızının anası Sinem Bayraktutardan 2015-ci ildə boşanmışdı.