Paytaxtda yaşayış binasında yanğın

4 Dekabr 2017 11:42 (UTC+04:00)

Paytaxtda yaşayış binasında yanğın olub, 34 nəfər təxliyə edilib.

Fövqəladə Hallar Nazirliyindən  Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb.

Yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.