Avtomobili qaçırıb qəza törətdi - Amma bu son deyildi...

4 Dekabr 2017 12:38 (UTC+04:00)

Dekabrın 3-nə keçən gecə Nərimanov rayonu ərazisindən Bakı şəhər sakini Ramil Hüseynova məxsus "VAZ-2107" markalı avtomobilin qaçırılması barədə DİN-in "102 Zəng Mərkəzi"nə məlumat daxil olub.

DİN-dən Movqe.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil saat 2:00 radələrində paytaxtın Nizami rayonu ərazisində qabaq hissəsi əzilmiş vəziyyətdə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin və Nizami RPİ 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Onu idarə edərək hadisəni törətməkdə şübhəli bilinən şəxs avtomobillə birgə 18-ci Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla həmin şəxsin Biləsuvar rayon sakini Şahin Cavadov olması və onun dekabrın 3-nə keçən gecə "Mercedes" və "Niva" markalı 2 avtomobildən şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

 

Araşdırma aparılır.