Acun "O ses Türkiye"dən ayrılır

4 Dekabr 2017 13:49 (UTC+04:00)

Türkiyəli məşhur aparıcı və kanal rəhbəri Acun Ilıcalı "O ses Türkiye" müsabiqəsindən ayrılır.

Movqe.az  milli.az-a istinadla xəbər verir ki, o, aparıcılığı Gökhana əmanət etməyi düşündüyünü dilə gətirib.

"Meksika və Braziliyada layihələrimiz var. Türkiyədə 4 gün oluram. Dominikə gedəndə 24 saat vaxtım gedir. Gələn ilə bəlkə buraları Gökhana əmanət edərəm".