Sensasiya: Marsda həyat varmış...
13 Mart 2013 17:17 (UTC+04:00)
Onlar dünən hesabat yayaraq bildiriblər ki, aparılan son
tədqiqatların nəticələrinə görə, Marsda həyat olub. Buna "Qırmızı
planet"də aşkarlanmış mineral və süxur nümunələri dəlalət edir.
Movqe.az Space-ə istinadən bildirir ki, NASA-nın Mars Araşdırma
Proqramının təmsilçisi Maykl
Meyer keçirdyi mətbuat konfransında bu barədə açıqlama
verib.
"Marsda bir zamanlar həyat olduğunu düşünürük. Sübutları isə
fevralın 9-da Mars səthini dələrək süxur nümunələri götürmüş
Curiosity aparatından gələn cavablardan sonra açıqlaya bilərik.
Marsda tapılmış minerallarda su izləri var", - Meyer deyib.
2011-ci ilin noyabrın 26-da Marsa göndərilmiş Curiosity 2012-ci
ilin avqustun 6-da "Qırmızı planet"in səthinə enmişdi.