Türkiyə ilk teleskopunu hazırlayır

4 Dekabr 2017 13:53 (UTC+04:00)

Türkiyə istehsallı ilk teleskop 2020-ci ildə istismara veriləcək.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, "Şərqi Anadolu Rəsədxanası" (Doğu Anadolu Gözlemevi - DAG) teleskopunun yaradılması layihəsi "Adaptif Optik Sistemi" optik şirkəti ilə birgə İstanbul Universitetində həyata keçirilir.

Türkiyə mətbuatı yeni teleskopun "HUBBLE" kosmik teleskopundan 7 dəfə üstün imkanlara malik olacağını yazır.

Teleskopun quraşdırılması üzrə işlərin 2019-cu ildə başa çatacağı bildirilir.

 

Layihənin ümumi dəyəri 150 milyon dollar təşkil edir.