Türkiyədə dəm qazından zəhərlənənlərin sayı 51-ə çatıb (YENİLƏNİB)

4 Dekabr 2017 14:24 (UTC+04:00)

Türkiyənin Ağrı vilayətində dəm qazından zəhərlənənlərin sayı 51 nəfərə çatıb.

Movqe.az-ın məlumatına görə, onlardan 45-i islah-əmək müəssisəsində xidmət edən hərbçi, 6-sə isə müəssisənin işçisidir.

Zərərçəkənlərin hamısı xəstəxanaya yerləşdirilib.

X X X

Türkiyənin Ağrı vilayətində dəm qazından kütləvi zəhərlənmə qeydə alınıb.

Movqe.az-ın məlumatına görə, zəhərlənmə nəticəsində islah-əmək müəssisəsinin 18 işçisi xəstəxanaya yerləşdirilib.

Hazırda 2 işçinin vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Trend