Ağdaşda intihar edən şagirdin məktubu tapıldı: "Peyğəmbərimin yanına gedirəm" - YENİLƏNİB

4 Dekabr 2017 15:24 (UTC+04:00)

15:13

Ağdaş rayonunda özünü asan 12 yaşlı məktəblinin yazdığı məktub tapılıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, rayonun Ləki qəsəbə sakini, 2005-ci il təvəllüdlü Adıgözəlov İsmayıl Çingiz oğlu yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Hadisədən gec xəbər tutan valideynləri onun meyitini müayinə üçün Respublika Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil veriblər.

Bir neçə aydır ki, dərsdən sonra "Quran" oxumağı öyrənmək üçün kənddəki mollanın yanına gedən İsmayıl Adıgözəlovun intihardan öncə yazdığı məktub tapılıb.
 
Məktubda bunlar qeyd edilib: "Peyğəmbərimin yanına gedirəm. Mənə görə bacımın toy mərasimini ləngitməyin. Bacımın oğlu olsa İsmayıl, qızı olsa Zəhra adı verin".
 
İntiharın səbəbi məlum deyil. Uşağın psixoloji problemlərinin olmadığı, məktəbdə dərslərini yaxşı oxuduğu bildirilir.
 
Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.  

-----------

 

11:23

Ağdaş rayonunda intihar hadisəsi baş verib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi məlum deyil.
 
Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.