800 milyon insan işsiz qalacaq

4 Dekabr 2017 15:22 (UTC+04:00)

McKinsey Qlobal İnstitutu tərəfindən aparılan bir araşdırmaya əsasən, robotlara görə 2030-cu ilə qədər işsizlərin sayı 400-800 milyon arasında olacaq. Movqe.az xəbər verir ki, institut 46 ölkədə 800 peşə istiqamətində tədqiqat aparıb. Robotların hər 5 işçidən birinə təsir edəcəyi qənaətinə gəliblər. İnstitun fikrincə, robotların bütün dünyada deyil, əsasən zəngin ölkələrdə geniş istifadə edildiyindən ən çox da iş itkisi onlarda  yaşanacaq. Bu baxımdan Almaniya və ABŞ kimi inkişaf etmiş ölkələrdə robotlar hər üç insandan birinə təsir edəcək. 
Araşdırmaya görə, robotların ictimaiyyətə zərər verməməsi üçün dövlətin müxtəlif və yeni sahələrdə investisiya etməsi vacibdir. 

Mübariz Bayramov