Hacı Məmmədovun meyiti yarılaraq müayinə olunub - YENİLƏNİB

4 Dekabr 2017 15:36 (UTC+04:00)

15:11

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin İxtisaslaşdırılmış müalicə müəssisəsində inthar etmiş DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun meyiti Patoloji Anatomiya Bürosuna aparılıb.

Movqe.az report.az-a istinadən bildirir ki, H.Məmmədovun meyiti yarılaraq müayinə olunub.

Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi "Qara kəmər" əməliyyatı ilə həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən, ömürlük həbs cəzası alıb. Onun intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

-----------

14:37

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, H.Məmmədovun meyiti hazırda Potoloji Anatomiya bürosunun morqunda saxlanılır. 

Ailə üzvləri götürmək üçün hələ müraciət etməyib.

 

-----------

12:57

Dünən intihar edən Hacı Məmmədov bu gün dəfn ediləcək.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, özünü asaraq öldürən H.Məmmədov bu gün saat 15:00-də Saray qəbiristanlığında atasının məzarı yaxınlığında dəfn ediləcək.

Qeyd edək ki, H.Məmmədov saxlanıldığı ixtisaslaşmış müalicə müəssisəsində məktub yazaraq intihar edib.