Şagirdlər qadın hüquqlarının qorunması barədə məlumatlandırılıblar

4 Dekabr 2017 16:48 (UTC+04:00)

UNESCO-nun “Ən böyük dərsi” layihəsi çərçivəsində 160 nömrəli klassik gimnaziyanın altıncı sinif şagirdlərinə qadın hüquqlarının qorunması ilə bağlı “açıq dərs” keçirilib.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan (TİPİİ) AZƏRTAC-a bildirilib ki, “açıq dərs”in keçirilməsinin əsas məqsədi gender problemlərini müzakirə etmək, uşaqları və insanları qadın hüquqlarını qorumağa çağırmaq, gender problemlərini mümkün qədər aradan qaldırmaqdır.

“Açıq dərs”də gimnaziyanın direktoru Faina Ələkbərova, UNESCO Assosiativ Məktəblər Şəbəkəsinin müəllimləri Larisa Doroşenko, Gülarə Quliyeva, TİPİİ-nin beynəlxalq layihələr şöbəsinin baş mütəxəssisi Elçin Sərdarov gender bərabərliyi ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, TİPİİ UNESCO Assosiativ Məktəblər Şəbəkəsinə üzv qurum kimi qlobal məqsədlərin təbliğinə həsr olunmuş dərslərin Azərbaycan dilinə tərcüməsi və təbliği təşəbbüsünü üzərinə götürüb.