Ukraynada buzdan hotel

4 Dekabr 2017 17:17 (UTC+04:00)

Bu il qış mövsümündə Ukraynada ilk dəfə olaraq qar və buzdan “Ice Hotel Bukovel” hoteli fəaliyyətə başlayacaq.

Movqe.az AzərTac-a istinadla xəbər verir ki, bu hotel turistik kompleks “Bukovel”in ərazisində açılacaq. İşlər artıq yekunlaşmaq üzrədir. Hotelin bütün elementləri, o cümlədən divar, döşəmə, tava, bar və mebel qardan və buzdandır.

Buz hotelin cəmi beş ikinəfərlik otağı olacaq.

Havanın temperaturundan asılı olmayaraq hotel və onun ətrafında temperatur mənfi 2-5 dərəcə olacaq.