Makron qərar verdi - Rusiyaya gedir

4 Dekabr 2017 17:49 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya səfər etmək dəvətini qəbul edib.

Movqe.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Fransanın Rusiyadakı səfiri Silvi Berman açıqlayıb.

Bir müddət əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov E.Makronun Sankt-Peterburq beynəlxalq iqtisadi forumu çərçivəsində səfər dəvətini qəbul etdiyini bildirmişdi.

Qeyd edək ki, iqtisadi forum 2018-ci ilin mayında keçiriləcək.